Türkiyədən FETÖ ilə bağlı şok hesabat: - Çevriliş cəhdinin ssenarisi 28 il əvvəl yazılıbmış

28-07-2017, 18:59           
Türkiyədən FETÖ ilə bağlı şok hesabat: - Çevriliş cəhdinin ssenarisi 28 il əvvəl yazılıbmış
Türkiyə Nazirlər Kabineti yanında Dəyanət İşləri İdarəsi FETÖ ilə bağlı hesabat açıqlayıb.
Avropa.info xəbər verir ki, hesabtda Fətullah Gülənin 28 il əvvəlki bir söhbətində 15 iyul hadisələrinə eyham vurulur.
Türkiyə mətbuatının yaydığı məlumatda qeyd olunur ki, FETÖ başçısı Gülən bütün söhbətlərində Hz.Peyğəmbərlə (s) danışması ilə bağlı yalanlar uyduraraq terror təşkilatının mənsublarını özünə biət etməyə çalışıb.
Fətullah Gülən, 9 fevral 1979-cu ildəki bir söhbətində, “Bir yerdə əsgər öldürülür, bir yerdə zabit öldürülür, o bir yerdə parlamentə bomba qoyulur, başqa bir yerdə Məclis təhqir edilir. Başqa bir yerdə məsum xalqa atəş açılır. Bütün bunların təməlində küfr var, keçmişi inkar var”, deyib.
Hesabatda bu ifadələrin 15 iyul 2016-cı ildə hərbi çevriliş çəhdinə dair bir eyham olduğu bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.