Türkiyəyə gedənlərin nəzərinə - BAQAJLA BAĞLI YENİLİK

29-07-2017, 00:07           

Türkiyə aeroportlarında baqajların qəbulunda yeni sistemin tətbiqinə başlanılıb.

Yeni sistem aeroportlarda sərnişinlərin qeydiyyatdan keçmə prosesini sürətləndirəcək.

Qeyd edək ki, ilk dəfə bu trend Atatürk Hava Limanında tətbiq olunub. Bu texnologiya zamanı sərnişinlər çamadanlarını sərbəst şəkildə özləri baqaja təhvil verə biləcəklər.

Pasport qeydiyyatından keçdikdən sonra sərnişinlərə baqajları üçün xüsusi kod təqdim olunacaq. Qeyd edək ki, bu sistem hələ ki beynəlxalq reyslərdə tətbiq olunur. Yaxın günlərdə sistemin daxili uçuşlarda tətbiqinə də başlanacaq. (trend)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru