Yeddi jurnalist azad edildi

29-07-2017, 08:45           

Türkiyədə məhkəmə “Cumhuriyet” qəzetinin PKK ilə əlaqədə şübhəli bilinən yeddi jurnalistinin həbsdən azad edilməsinə dair qərar qəbul edib.APA-nın “Daily Sabah”a istinadən verdiyi xəbərə görə, baş redaktor Murat Sabunçu, icraçı direktoru Akın Atalay da daxil olmaqla “Cumhuriyet” qəzetinin 17 əməkdaşı barəsində məhkəmə prosesi bazar ertəsi İstanbulda başlayıb.

Onlardan 11 nəfərin noyabrda məhkəmənin qərarı ilə həbs edildiyi bildirilir. Hazırda 11 müttəhim həbsdədir, daha 6 nəfər barəsində isə ölkəni tərk etməmək qətimkan tədbiri seçilib. Sabiq baş redaktor Can Dündar da daxil olmaqla nəşrin iki əməkdaşı barəsində axtarış elan edilib.

Qeyd edək ki, İstanbul prokurorluğu müttəhimlər üçün 7,5 ildən 43 ilədək həbs cəzasının verilməsini istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru