“Biz Türkiyəni alanda S-400-lər problem yaradacaq...”- Arkadi Karapetyan

29-07-2017, 22:35           
“Biz Türkiyəni alanda S-400-lər problem yaradacaq...”- Arkadi Karapetyan
Bu, “təklif edirəm ki, Bakını işğal edək –hər şey bitsin”- deyən separatçı generaldır…”

İşğal altındakı Azərbaycan torpaqlarındakı qondarma və separatçı erməni rejimi “özünümüdafiə qoşunlarının 1-ci komandanı” adlanan Arkadi Karapetyan növbəti dəfə sərsəm açıqlamalarla çıxış edib.

Moderator.az Rusiyadakı erməni saytlarına istinadla yazır ki, qondarma “1-ci komandan” “Lraqir” nəşrinə müsahibəsində Türkiyənin Rusiyadan S-400 raketləri alması və hətta yaxın illərdə bu ölkədə istehsal olunacağı məsələsindaən danışıb. Xəstə təxəyyülü separatçı komandir ermənilərin Türkiyəni də işğal etmək niyyətini açıq şəkildə ifadə edib: “S-400 müdafiə silahıdır. Onunla təyyarələri və digər uçan obyektləri vurmaq olur. Bu o deməkdir ki, gələcəkdə biz Türkiyəni alanda bizim üçün problem yaranacaq. Ancaq türklər o raketləri işlədə bilməyəcəklər. Çünki Türkiyə bu və ya digər formada dağılacaq...”

Bununla bərabər sərsəm general 1918-1920-ci illərdə olduğu kimi, Rusiyanın Türkiyə ilə yaxınlaşmasının ermənilər üçün təhlükəli olduğunu, lakin dövrün dəyişdiyini və ermənilərin artıq iki ölkənin maraqlarına yem olmayacağını dilə gətirib.

Xatırladaq ki, bu ilin mayında erməni separatçı “ordusu”nun 1-cisi Arkadı Karapetyan daha bir həyasız bəyanatla çıxış etmişdi:“Mən təklif edirəm ki, Bakını işğal edək və hər şey bitsin”, – deyə separatçı bildirib.

P.S. Biz hər nə qədər ermənilərin Bakının, Türkiyənin işğalı haqda söylədiklərini xülya, sərsəmlik adlandırsaq da, “arxalı köpək qurd basar” deyimini unutmamalıyıq. Hələ XIX əsrin sonlarında, Osmanlının sonuncu nüfuzlu hökmdarı Sultan Əbdülhəmidin zamanında erməni terrorçu qurumları türk torpaqlarında yenicə formalaşmağa başlayanda heç kəsin ağlına gəlməzdi ki, 1918-ci ildə ermənilər İrəvana, 1920-ci illərdə Göyçəyə, Zəngəzura və s. 1990-cı illərdə isə Qarabağa sahiblənəcəklər...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.