Kürd lider: “Müstəqilliyimizə qarşı çıxan yeganə ölkə var-İran”

1-08-2017, 00:06           
Kürd lider: “Müstəqilliyimizə qarşı çıxan yeganə ölkə var-İran”
"Heç bir ölkə kürdlərin öz müqəddəratını təyin etmək hüququna qarşı deyil. Yalnız İran Xarici İşlər Nazirliyinin sözçüsü Kürdüstanın müstəqillik referandumuna qarşı çıxdı. Bəzi dövlətlər isə referendumun tarixinin uyğun olmadığını düşünürlər”.

Ovqat.com xəbər verir ki, Məsud Bərzaninin partiyası KDP-nin Politbüro üzvü olan Hoşyar Zəbari müstəqillik referendumuna beynəlxalq güclərin münasibətinin necə ola biləcəyini şərh edərkən belə deyib.

Şimali İraqın Bərzaniyə yaxınlığı ilə tanınan Rudaw İnformasiya agentliyinə verdiyi açıqlamasında o, referendumdan sonra İran və Türkiyənin müstəqil Kürdüstana qarşı tətbiq edə biləcəyi sanksiya ehtimalına da aydınlıq gətirib. Onun fikrincə, bütün bu dedi-qodular “yalnız təbliğat xarakterlidir”: “Bu cür xəbər və söz-söhbətlər əsassızdır. Heç bir dövlətlə sərhəddimiz bağlanmadı və bağlanmayacaq. Çünki qonşularımızla ortaq maraqlarımız var ".

Bərzani ABŞ-ın referendumla bağlı mövqeyini isə belə şərh edib: ABŞ bizə indiyə qədər yalnız referendumun doğru zamanda keçirilmədiyini və İraqdakı parlament seçkilərindən əvvələ salınmasının Baş naziri Heydər Abadini zəiflədəcəyini söyləyib. "

Zəbarinin yalnız İranın Kürdüstanın müstəqilliyinə qarşı çıxması istər-istəməz bu nəticəni ortaya çıxarır: Türkiyə bu müstəqilliyə qarşı deyil.

Şimali İraqda müstəqillik referendumu sentyabrın 25-də keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.