Qırğızıstan prezidenti Türkiyə səfirinə psixoloqa getməyi tövsiyə etdi

2-08-2017, 10:36           

Eastnews.org-un verdiyi xəbərə görə, Qırğızıstan prezidenti Almazbek Atambayev Fətullah Gülənlə əlaqəsi olduğu iddia edilən “Sapat” (Sebat) məkdəbləri barədə münasibət bildirib. “Türkiyə səfiri deyirdi ki, Qırğızısatanda Güləni dəstəkləyən 3.5 milyon şəxs çalışır. Onlar “Sapat” məktəblərinin müəlimləridir. Əgər məktəb müəllimlərini terrorçu kimi görürlərsə, məndən inciməsin özünü həkimə göstərsin, görsün düşüncəsi yerindədirmi. Mən açıq deyirəm, biz məktəblərin bağlanmasına imkan verməyəcəyik. Biz onları gücləndirəcəyik. Bizdə hazırda büdcənin 24%-i təhsilə yönləndirilib. Buna görə, biz irəli çıxmışıq” -deyə Qırğızıstan prezidenti bildirib. Qırğızıstan prezidenti Türkiyənin müraciətindən sonra məktəblərdə yoxlamaların gücləndirildiyini bildirib. Lakin məktəblərin bağlanmayacağını bir daha vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru