Özbəkistanda devalvasiya –Dollar 48 faiz bahalaşdı

5-09-2017, 00:23           
Özbəkistanda devalvasiya –Dollar 48 faiz bahalaşdı
Özbəkistan Mərkəzi Bankı sentyabrın 5-dən milli valyutanın ABŞ dollarına məzənnəsini 1 dollar/8100 sum təyin edib.

“İnterfaks” agentliyinin verdiyi xəbərə görə, bu barədə Özbəkistan Mərkəzi Bankından bildirilib. Sentyabrın 4-də rəsmi məzənnə 1 dollara görə 4210, 35 sum təşkil edirdi. Əhali və fərdi sahibkarların istifadə etdiyi “qara bazar”da dolların məzənnəsi 7,5-7,6 civarında idi.

Qeyd edək ki, sentyabrın 2-də Özbəkistan prezidenti Şavkat Mirziyoyev "Valyuta siyasətinin liberallaşdırılması üzrə prioritet tədbirlər haqqında" fərman imzalayıb. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru