Məşhur restoranın sahibi avtomobilində ölü tapılıb

5-09-2017, 09:27           
Məşhur restoranın sahibi avtomobilində ölü tapılıb
Türkiyənin Bodrum şəhərindəki məşhur balıq restoranının sahibi avtomobilində ölü tapılıb.



Musavat.com-un məlumatına görə, 2 gündür itkin düşən 56 yaşlı Mustafa Coşqunun cəsədi biləkləri kəsilmiş və boğazından bıçaqlanmış halda maşınında aşkar edilib. Məlumata görə, “Berk” balıq restoranının müdiri olan Mustafa Coşqun cümə ertəsi işə gedəcəyini deyərək evdən çıxıb.

Həyat yoldaşı Aylin Çoşqun onun işə getmədiyini və telefonuna zəng çatmadığını görəndə polisə məlumat verib. Polis dərhal axtarışa başlayıb. Bildirilir ki, içində cəsəd olan avtomobili yoldan keçən çoban görərək polisə xəbər verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.