Tramp və Ərdoğan arasında kritik görüş: Müzakirə məsələləri gizlədilir

16-09-2017, 12:10           

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla görüşəcək.

Cebhe.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Raymond MakMaster məlumat verib. O, dövlət başçılarının sentyabrın 21-də Nyu-Yorkda bir araya gələcəklərini açıqlayıb.

Ağ Ev sözçüsü görüşdə hansı məsələlərin müzakirə ediləcəyi barədə məlumat verməyib və bu barədə məlumatsız olduğunu deyib.

Həmin gün Trampın Əfqanıstan, Ukrayna, Qətər, Fələstin, İordaniya, Misir, İngiltərə, Cənubi Koreya, Yaponiya və afrikalı liderlərlə görüçü də planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru