Bağçalıdan Bərzaniyə sərt xəbərdarlıq: “Sənə bədəl ödərtdirəcək gücdəyiz”

17-09-2017, 11:29           

“Bərzaniyə bədəl ödətdirəcək gücdəyik”. MHP Gene Başkanı Dövlət Bağçalı Twitter hesabından İraqın şimalında keçirilməsi gözlənilən referendumla bağlı bəyanat yayıb.
Turkustan.info bildirir ki, “Bədəl ödəməkdən bəhs edən Bərzaniyə bədəli ödətdirəcək gücdəyik” – deyən Bağçalı, “25 sentyabr referendumu heç bir şartsız tarixin zibilliyinə fırladılmalıdır. Yoksa Türk milləti irəli çıxmaq üçün tətikdə və gözləyir” açıqlamasında verib:
“Kərkük Türkdür” deyirik. Zarafat etmirik. 25 Sentyabr referendumu sui-qəsdinin təxirə salınması deyil, tamamilə ləğv edilməsi həyat məsələsidir. Əksini düşünmək fəlakətə xidmətdir.
Lazım gələrsə, günəşə atəş açarıq, lazım gələrsə buzdan od yandırırıq, lazım gələrsə, cəbhədən cəbhəyə qan nəql edirək. Bu gün Kərkükü peşkeş çəkməyi qarşısına məqsəd qoyanlar, sabah Diyarbəkir, Hakkari, Şırnaka göz dikəcəklər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru