37 il tənhalıqda: Çevrilişdən qaçıb meşədə gizləndi…

18-09-2017, 00:07           

37 il əvvəl Türkiyədə 12 sentyabr hərbi çevrilişində qaçıb meşədə gizlənən və bu vaxta qədər orada yaşayan Mahir Dəyirmançı təsadüf nəticəsində tapılıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursa vilayətində odun yığmağa gedən kəndlilər meşənin 40 kilometr dərinliyində bir nəfərə rast gəliblər.
Danışmaqda çətinlik çəkən kişi vəhşi heyvanlardan qorunmaq üçün özünə kiçik koma düzəldib. O, quş, dovşan və digər kiçik heyvanları ovlayaraq, yağış suyu içərək sağ qalıb. Onun yaşadığı yerin ətrafında meyvə və tərəvəz əkilmiş kiçik sahə də aşkarlanıb.
Bundan başqa, komanın ətrafında yerə basdırılmış çoxlu sayda siyasi jurnal və kitablar da tapılıb.
Kəndlilər onu görən kimi polisə xəbər veriblər. Bu zaman kişi qaçmağa çalışsa da, yaxalanıb. Məlum olub ki, illər əvvəl itkin düşmüş bu şəxsin ailəsi belə onun öldüyünə inanıb. Bir neçə ildir axtarışlarını dayandırıblar.
Polis və kəndlilərlə söhbətində M.Dəyirmançı Türkiyənin keçmiş prezidenti Kenan Evreni soruşub, onun öldüyünü eşidəndə isə buna inanmadığını deyib.
Tibbi müayinədən keçirilən kişinin səhhətində heç bir problemi olmadığı müəyyən edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru