Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Bakıya gəlir

19-09-2017, 13:43           
Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Bakıya gəlir
Bu gün Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Süheyl Amanın Azərbaycana səfəri başlayır.

Səfər çərçivəsində tərəflər Bakı və İslamabad arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Səfər zamanı iki ölkə arasında hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi də aparılacaq.

Pakistanlı komandanın səfəri sentyabrın 22-dək davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru