Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırıb

20-09-2017, 08:32           
Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Myanmada yaranmış böhranı terror aksiyaları ilə mübarizə bəhanəsi altında soyqırımı adlandıırıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Türkiyə prezidenti bunu çərşənbə axşamı BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı bildirib.
"Myanmada təxribat xarakterli terror aksiyaları ilə mübarizə bəhanəsi altında faktiki olaraq etnik zəmində soyqırımı baş verir. Yüzminlərlə qaçqın hətta birinci dərəcəli ehtiyaclarını belə ödəyə bilmir. Suriyada olduğu kimi, hamı susur. Türkiyə bu insanlara kömək etmək üçün səy göstərir. Biz onlara kömək etməsək, bu fəaliyyətsizlik bütün dünya ictimaiyyəti üçün utancverici bir ləkə olacaq", — deyə Ərdoğan əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.