Boşanmaq istəyən həyat yoldaşını şeytani planla öldürdü
22-09-2017, 21:12
Kişi intiqam almaq üçün həyat yoldaşını öldürüb.
GoldNews.Az xəbər verir ki, Özbəkistan vətəndaşı olan 26 yaşlı Zərifə Şükürova Mahmud Nəsirovla 5 ildir ki, evli olub. Ancaq cütlüyün uşaqları olmayıb. Cütlüyün münasibətləri qəfildən pisləşməyə başlayıb və Şükürova evi tərk edib.
O, həyat yoldaşına boşanmaq üçün dava açıb, lakin Mahmud boşanmaq istəməyib və Zərifəni inandırmaq üçün ona dəfələrlə zəng edib. Ancaq Zərifə onunla birlikdə yaşamaq istəmədiyini söyləyib. O, həyat yoldaşından gələn ardıcıl telefon zənglərinə də cavab verməyib. Həyat yoldaşı isə bunun intiqamını almaq üçün onu öldürməyə qərar verib və tanışlarından istifadə edərək həyat yoldaşını tapıb.
Dostu ərinin ona borcu olduğunu və pulu həyat yoldaşına çatdımasını Zərifəyə deyib. Şükürova bu təklifi qəbul edib.
Şükürova həyat yoldaşının dostu ilə İstanbulun Aksaray meydanında görüşüb. Bu zaman həyat yoldaşı onu bıçaqlayıb. Qadın dərhal xəstəxanaya çatdırılıb. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb. Həyat yoldaşının dostu da həbs olunub.
Cinayətkar Nəsirov isə hələ də həbs olunmayıb. Onun Özbəkistana qaçdığı iddia edilir.