Bir həftədə 72 PKK terrorçusu zərərsizləşdirilib

27-10-2017, 11:47           

Türkiyə Silahlı Qüvvələri tərəfindən son bir həftə ərzində Şırnak, Hakkari, Siirt, Diyarbəkirdə həyata keçirilən antiterror əməliyyatlarında 72 terrorçu məhv edilib.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərərgahı məlumat yayıb. Əməliyyat-axtarış tədbirləri zamanı 18 piyada tüfəngi, 2 pulemyot, 9 RPG-7 qumbaraatanı, bir ədəd 60 mm-lik top mərmisi, 4 snayper tüfəngi, 7 tapança və 53 ədəd partlayıcı qurğu ələ keçirilib.

Əməliyyatlarda terrorçulara aid sığınacaq, mağara və anbar istifadəyə yararsız hala salınıb. Əməliyyatlarda 7 əsgər şəhid olub, 11 əsgər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru