HDP-li separatçıların Türkiyəyə vurduğu daha bir zərbə - Türkiyə numayəndə heyəti qondarma soyqırım abidəsi ÖNÜNDƏ ƏYİLDİ - RƏZALƏT
7-08-2015, 13:06
Hafta.az-ın news.am-a istinadən verdiyi xəbərə görə, panarmanian idman yarışlarında iştirak etmək üçün gəlmiş Türkiyə nümayəndə heyəti şok addım atıb.
Belə ki, idmançılarla yanaşı, Türkiyənin Van şəhərinin bələdiyyə başçısı Bəkir Kaya qondarma erməni soyqırımı abidəsini ziyarət edib. “Abidənin” önünə əklil qoyublar. Bu azmış kimi Türkiyədən gəlmiş nümayəndə heyəti “soyqırım” abidəsinin önündə də əyiliblər. Mənbənin verdiyi xəbərə görə, onlar hətta yarışlardan öncə ermənilərin müşaiyyəti ilə “Tsitsernakaberd” – “soyqırım” muzeyinə də baş çəkiblər.