Holland nazir: Səbirsizliklə gözləyirəm ki, Türkiyə...

28-03-2018, 00:11           
Holland nazir: Səbirsizliklə gözləyirəm ki, Türkiyə...
Türkiyə Hollandiya üçün olduqca önəmli bir ölkədir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Hollandiya Xarici İşlər naziri Stef Blok deyib.
“Türkiyə ilə normal əlaqələri səbirsizliklə gözləyirəm. Hollandiyada böyük türk toplumu var. Türkiyə ilə çalışmaq istəyirəm. Bildiyimiz kimi, bir neçə olaylardan dolayı Türkiyə ilə aramızda anlaşılmazlıqlar hökm sürür. Hər iki ölkə müstəqildir və düşünürəm ki, aramızda bəhanələr olmamalıdır”, - nazir bildirib.
Qeyd edək ki, Türkiyə və Hollandiya arasında bu dəfə casus qalmaqalı yaşanıb. Belə ki, Türkiyədə casusluqda ittiham olunan A.Z. adlı Hollandiya vətəndaşı haqqında istintaq başladılması ilə bağlı informasiya yayılmasının ardından Hollandiya XİN İstanbulda yerləşən Baş Konsulluğun əməkdaşı olan sözügedən şəxsin Türkiyəni tərk etdiyini açıqlayıb. Konsulluq əməkdaşının Türkiyəni tərk etməsinə səbəb kimi isə onun “şəxsi təhlükəsizliyi” göstərilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.