KİPR YUNANLARI GERİ ADDIM ATDI: "ƏN YAXŞI YOL..."

29-03-2018, 00:03           

Türkiyəyə dostluq mesajı

Hurriyyet.org xəbər verir ki, Cənubi Kipr Yunan Respublikasının lideri Nikos Anastasiadis, Bolqarıstanın Varna şəhərində keçilirlən Türkiyə-Avropa İttifaqı sammiti ilə bağlı fikirlərini bildirib. Anastasiadis deyib: “Türkiyənin regionda müttəfiq ölkə olmasını istəyirik”.

Cənubi Kipr Yunan Respublikasının rəhbəri Nikos Anastasiadis Cənubi Kiprdə keçirilən 9-cu Aralıq dənizi Qaz forumunda iştirak edib.

ABŞ-ın liderliyi ilə keçirilən forumda İsrail, Qətər, Almaniya və Fransadan gələn nümayəndələr iştirak ediblər.

Şərqi Aralıq dənizində təbii qazın əhəmiyyərtinin vurğulandığı forumda Anastasiadis deyib: “Türkiyəni bölgədə müttəfiq ölkə olaraq görmək istəyirik. Bunu səmimi şəkildə deyirəm. Biz bunu vacib hesab edirik. Bunun üçün də ən yaxşı yol, Kipr probleminin həll edilməsidir. Bu məsələdə israrlıyıq. Hazırda ehtiyacımız olan şey isə beynəlxalq hüquqa, Aİ qanunlarına uyğun siyasətin yürüdülməsidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru