Türkiyədə mikroavtobusun qəza törədərək yanması nəticəsində 15 nəfər ölüb

30-03-2018, 08:17           

Türkiyədə ağır yol qəzası baş verib. "Anadolu" agentliyinin verdiyi xəbərə görə, hadisə İğdır vilayətində qeydə alınıb.

Əfqanıstan və Pakistandan gələrək İran sərhədindən qeyri-qanuni yollarla Türkiyəyə keçdikləri bildirilən miqrantların olduğu mikroavtobus İğdır-Qars avtomobil yolunda idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Bundan sonra avtomobil alışaraq yanıb. İlkin məlumata əsasən, hadisə nəticəsində mikroavtobusda olan 15 nəfər dünyasını dəyişib, daha 30 nəfər isə yaralanıb.



Hadisə ilə əlaqədar çoxlu sayda jandarma, xilasetmə qrupu və təcili tibbi yardım xidməti bölgəyə göndərilib. Yaralılar İğdır xəstəxanasına yerləşdirilib. Yanan avtomobil xilasetmə qrupları tərəfindən söndürülüb.apa/















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru