`ASO` Türkiyədən qazilik və şəhidlik statusu istəyib
30-03-2018, 13:30
Türk Silahlı Qüvvələri ilə birgə "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatlarında iştirak edən "Azad Suriya Ordusu" (ASO) adlı silahlı qruplaşma üzvləri Ankaradan qazilik və şəhidlik statusu tələb edib. FaktXəbər-in "Sputnik"ə istinadən verdiyi məlumata görə, buna səbəb "ASO" yaraqlılarının Türkiyə hökümətinin imtiyazlarından yararlanmaq istəmələridir.
Qeyd edək ki, Türkiyə ordusunun Suriyada həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatında "ASO" 916 üzvünü itirib. Afrində keçirilən "Zeytun budağı" əməliyyatında isə bu günə kimi 302 yaraqlının öldüyü bildirilir.
"ASO" üzvlərinə şəhidlik və qazi statusu verilməsi Türkiyə hökuməti tərəfindən gündəmə gətirilsə də, sonradan bundan imtina edilmişdi.
"Azad Suriya Ordusu"nun yaraqlıları Türkiyə vətəndaşlığını alsa da, hərbçi və polis olmadığı üçün dövlətim imtiyazlarından yararlana bilmirlər.