Türkiyədən Fransaya: PKK-nın yanında olsanız...

30-03-2018, 14:54           

Fransanın PYD-YPG terror qruplaşmalarına dəstək barədə zəmanət verməsi Türkiyəyə hücum edən terrorçularla açıq şəkildə həmrəylik və əməkdaşlıq deməkdir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.

“Terror qruplaşmaları ilə Türkiyəyə qarşı əməkdaşlıq və həmrəylik göstərənlər, terrorçularla birlikdə Türkiyəyə hücum edənlər onlarla eyni rəftarın şahidi olar, Türkiyənin hədəfinə çevrilər. Ümid edirik ki, Fransa rasional olmayan belə bir addımı atmaz. Terror qruplaşmalarının dostluğunu Türkiyənin dostluğundan üstün tutanlar, gec ya da tez, dostları ilə birlikdə məğlub olacaqlar”, - Bozdağ bildirib.

Qeyd edək ki, Fransa Türkiyə ilə SDQ arasında vasitəçilik vəzifəsini həyata keçirməyə hazır olduğunu açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru