Bu milləti parçaladın, sıra səndədir - Ərdoğan

1-04-2018, 15:13           

İndi Pensilvaniyaya qaçan da təlaş içindədir, “aqibətim nə olacaq” deyə narahatlıq keçirir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Kosovodakıların aqibəti nə oldusa, sənin də aqibətin elə olacaq. Sən yenə bəd-dua seanslarına başla. Mənim Allahım var, sənin nəyin var bilmirəm. Biz bu millətin duaları ilə ayaqdayıq. Sən Hansların, Corcların duaları ilə ayaqda qalmağa çalışırsan. Bu mübarizə adi bir mübarizə deyil. Sən ümməti böldün, milləti parçaladın. Bu ümməti, bu milləti parçalayanları bu millətin ahı, bu ümmətin ahı gec və ya tez tutacaqdır”, - Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) Kosovoda xüsusi əməliyyat keçirərək axtarışda olan FETÖ-çuları ölkəyə gətirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru