Türkiyə baş nazirinin iqtisadi məsələlər üzrə müavini istefa verib

5-04-2018, 20:45           
Türkiyə baş nazirinin iqtisadi məsələlər üzrə müavini istefa verib
Türkiyə baş nazirinin iqtisadi məsələlər üzrə müavini Mehmet Şimşekin vəzifəsindən istefa verdiyi barədə məlumat yayılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

Onun iqtisadi məsələlərlə bağlı fikir ayrılığı səbəbindən vəzifəsindən getdiyi bildirilir.

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın isə Beştepedə keçirdiyi mətbuat konfransında Mehmet Şimşekin istefası ilə bağlı onlarda məlumatın olmadığını bildirib: "Prezidentimiz iqtisadiyyatı yaxından izləyən liderdir. Bu zaman iqtisadi məsələlərlə bağlı məsləhətləşmə edir. Faizlər məsələsində də prezidentimizin mövqeyi qətidir. Son günlər bundan başqa elə bir fövqəladə hal baş verməyib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru