MİT-in əməliyyat keçirdiyi ölkə qarışdı

5-04-2018, 21:17           
MİT-in əməliyyat keçirdiyi ölkə qarışdı
Kosovo parlamenti 6 FETÖ üzvünün Türkiyəyə aparıldığı MİT əməliyyatı barədə araşdırma aparmaq üçün xüsusi komitə yaradılması haqda qərarı uzun müzakirələrdən sonra təsdiqləyib.

Axar.az xəbər verir ki, parlamentdə müxalif Kosovo Demokratik Birliyinin millət vəkilləri bu təklifi irəli sürüb. Qərara Kosovo hökumət koalisiyasına daxil olan Kosovo Demokratik Türk Partiyası üzvləri etiraz etsələr də, təklif səs çoxluğu ilə qəbul edilib.

Qeyd edək ki, Priştina şəhərində Milli İstehbarat Təşkilatının (MİT) keçirdiyi əməliyyat zamanı şəhərdəki Məhməd Akif kollecində dərs deyən 6 FETÖ üzvü yaxalanaraq Türkiyəyə gətirilmişdi. Kosovonun Baş naziri Ramuş Haradinac isə əməliyyatın ondan xəbərsiz keçirildiyini elan edərək Daxili İşlər naziri və Kəşfiyyat Xidmətinin rəhbərini vəzifədən kənarlaşdırmışdı.

Haradinac həmçinin əməliyyatla bağlı istintaq başlatmışdı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazirin qərarını kəskin şəkildə tənqid etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru