Adnan Oktarın “aslanlar”ı gənc qızları necə yoldan çıxarıb? — ŞOK FAKTLAR

18-07-2018, 13:25           
Adnan Oktarın “aslanlar”ı gənc qızları necə yoldan çıxarıb? — ŞOK FAKTLAR
Adnan Oktar qruplaşmasının “aslan” adlandırılan kişi üzvləri gənc qızları müxtəlif üsullarla aldadıblar.
“Ölkə.Az” xəbər verir ki, istintaq zamanı müəyyən faktlar üzə çıxıb. Məlum olub ki, Adnanın “aslanlar”ı gənc qızları yoldan çıxarmaq üçün onlarla qonşu olublar və ailələri ilə yaxın münasibət qurublar.
Polisə müraciət edən qadınlardan biri E.E. adlı şübhəli şəxs barədə deyib:
“O vaxt mənə yaxınlaşanlardan biridir. Yaşadığım binada mənzil kirayəyə götürüb mənimlə qonşu olmuşdu. Üç il cəhd etdilər. Mən də zaman keçdikcə qruplaşmaya daxil oldum”.
İddiaya görə, Oktarın qruplaşmasının üzvləri hədəfdəki insanları təqib edir, şəxs istirahətə gedəndə də eyni əraziyə gedir, tanış olmaq və qruplaşmaya dəvət etmək üçün fürsət axtarıblar. Bəzi üzvlər isə ələ keçirmək istədikləri gənc qızların anaları və bacı-qardaşları ilə tanış olub, dostluq münasibəti qurublar.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.