Kərkükdə ardıcıl beş partlayış törədilib, ölən və yaralananlar var - YENİLƏNİB

19-07-2018, 07:47           
Kərkükdə ardıcıl beş partlayış törədilib, ölən və yaralananlar var - YENİLƏNİB
İraqın şimalında, Kərkük şəhərində ardıcıl beş partlayış baş verib.



APA-nın məlumatına görə, bu barədə "əs-Suməriyə"” telekanalı xəbər verib.



Məlumata əsasən, Bağdada gedən yolda, Kərkuk administrasiyası yaxınlığında iki əldəqayırma partlayıcı qurğu işə salınıb. Şəhərin Əl-Hürriyə rayonunda iki səs qumbarası partladılıb. Daha bir partlayış uşaq poliklinikasının yaxınlığında törədilib.



Son məlumatlara əsasən, seriya partlayışlar nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.



Partlayışlara görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.



***



23:25



İraqın şimalında, Kərkük şəhərində ardıcıl üç güclü partlayış baş verib.



APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlar Kərkükün mərkəzində, Bağdada gedən yolda və şəhərin Dümeyz rayonunda qeydə alınıb.



İlkin məlumata əsasən, hadisə nəticəsində 8 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.



Partlayışlara görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru