Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilib

19-07-2018, 07:48           
Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilib
Türkiyədə bu gün fövqəladə vəziyyət rejimi rəsmən ləğv edilib.



APA-nın məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər verib.



Fövqəladə vəziyyət rejimi bu gün yerli vaxtla 01:00-da qüvvədən düşüb. Fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də, hərbi çevrilişə cəhddən sonra tətbiq olunub. Sonra isə parlament fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılmasına dair ümumilikdə yeddi qərar qəbul edib.



Bundan əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib ki, terrorçuluqla mübarizə davam etdiriləcək. “Təhlükə yarandığı halda ölkədə yenidən fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər”, deyə İ.Kalın vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru