Türkiyə ordusu PKK-nın 8 terrorçusunu məhv edib

23-07-2018, 06:07           
Türkiyə ordusu PKK-nın 8 terrorçusunu məhv edib

Türkiyə Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalında, Avaşin-Basyan və Zap bölgələrindəki obyektlərinə zərbələr endirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, hava zərbələri zamanı 8 terrorçu məhv edilib.

Qeyd edək ki, PKK terror təşkilatı 1984-cü ildə yaranıb. Terrorçular son illər Türkiyədə qanlı terror aktları həyata keçiriblər. ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru