Jirinovskidən şok açıqlama: Ərdoğan devrilənə qədər…

25-07-2018, 09:53           
Jirinovskidən şok açıqlama: Ərdoğan devrilənə qədər…
ABŞ-ın Yaxın Şərqdəki bəzi ölkələrdən getməsindən sonra oradakı situasiya Suriya ssenarisinə bənzəyəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib. O bu ölkələr sırasına Əfqanıstan, İraq və Liviyanı aid etdiyini bildirib:

“Bu dövlətlərdə Suriya variantı bərpa edilməyə başlanacaq. Əgər noyabrda keçirilən seçki Respublikaçı Partiyasının xeyrinə başa çatsa, hansısa hərəkətlənmələr ola bilər.

Suriyanın şimalını bundan sonra da Türkiyə idarə edəcək. Bu proses Ərdoğanın hakimiyyətini itirdiyi ana qədər davam edəcək. Burada başqa rəhbərlik olacaq. Ona görə ki, türklər avropalaşmağı arzu edirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru