Hadisənin anası qızlarının hərəkətlərinə görə İNTİHARA CƏHD ETDİ - ŞOK OLAY/FOTO

25-07-2018, 10:48           
Hadisənin anası qızlarının hərəkətlərinə görə İNTİHARA CƏHD ETDİ - ŞOK OLAY/FOTO
Hadisənin anası Gülnihal Açıkgöz intihara cəhd edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin anasının yuxu dərmanı içərək intihara cəhd göstərdiyi iddia edilib. Gülnihal Açıkgöz dərman içməzdən əvvəl qızlarına məktub yazaraq həyatından şikayətlənib.

Gülnihal qızlarına "Aranızdakı pul məsələlərindən və mübahisənizdən bezdim", - deyərək övladlarından gileylənib:

"Mənimlə heç məşğul olmursunuz. Pis olduğumu deyirəm, lakin məni həkimə aparmırsınız", - deyə bildirb.

Qızları analarından xəbər ala bilmədiyi üçün binanın təhlükəsizlik xidmətinə məlumat verib. Evin qapısı polisin köməyi ilə açılaraq ulduzun anası dərhal xəstəxanaya yerləşdirilib və bir həftə müalicə alıb.

Baş verən hadisədən sonra Hadisənin böyük üzüntü yaşadığı deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru