Ərdoğan: “ABŞ-ın bizdən istədiyi müstəqillik anlayışımıza ziddir”

25-07-2018, 16:17           
Ərdoğan: “ABŞ-ın bizdən istədiyi müstəqillik anlayışımıza ziddir”
“İrandan qaz almasaq, mənim ölkəmi kim isidəcək?”.

“Report” “Aksham”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara qoşulub-qoşulmayacağı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

“Sanksiyalarla bağlı əvvəlcə bunu bilmək lazımdır: ABŞ necə bir strateji müttəfiqdir ki, bizim dünyada başqa ortaqlarımızla əlaqələrimizin kəsilməsini istəyir. Bu, bizim müstəqillik anlayışımıza ziddir. İrandan qaz almasaq ölkəmi kim isidəcək? İran həm qonşumuz, həm də strateji müttəfiqimizdir. Biz bunları Barak Obama hakimiyyətində də ABŞ-a açıq-aşkar söyləmişik”, -deyə R.T.Ərdoğan vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru