"Siz Türk olmaya bilərsiniz, ancaq bu millətin bir adı var, o da Türkdür!"

25-07-2018, 22:10           
"Siz Türk olmaya bilərsiniz, ancaq bu millətin bir adı var, o da Türkdür!"
Tanınmış şair Rüstəm Behrudi son günlər "Türkük, yoxsa azərbaycanlı" polemikasını aparanlara cavab verib.

Moderator.az şairin yarı nəzm, yarı nəsrlə deyilmiş cavabını olduğu kimi tədqim edir:

"Biz Türk, yoxsa azərbaycanlıyıq" sualı ilə xalqın qarşısına çıxan nadanlar, cahillər, daha dəqiq desək, avantürüstlər sürüsünə bir cavabım var: "Siz Türk olmaya bilərsiniz, ancaq, bu millətin bir adı var, o da Türkdür!

Min illərdi, sinəmdə qəm,
Gah Türk oldum, gah da əcəm,
Belə getsə, nə biləcəm,
Yox oluram itə-itə.

Görklü Tanrım, bir yurd olum,
Doğma olsun sağım, solum,
Dönüm axır Bozqurd olum,
Qalım qiyam-qiyamətə".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru