Türkiyə-ABŞ arasında gərginlik pik həddə - Yeni qərar
27-07-2018, 03:50
ABŞ Senatının xarici əlaqələr komitəsi Türkiyənin beynəlxalq maliyyə qurumlarından kredit almasını məhdudlaşdıran "Türkiyə Beynəlxalq Maliyyə Qurumları Qadağası" adlı qanun layihəsini qəbul edib.
Teleqraf.com xəbər verir ki, qərardan öncə prezident Donald Tramp və onun müşaviri Mike Pensin amerikalı keşiş Andrey Kreyq Brunsonun azad edilməyəcəyi təqdirdə Türkiyəyə qarşı sanksiya tətbiq ediləcəyini açıqlamışdılar.
Qanunda sanksiyaya səbəb kimi Türkiyədə FETÖ və PKK terror təşkilatlarına qoşulduqları üçün həbs edilmiş ABŞ vətəndaşlarının həbsdə saxlanılması göstərilib.
ABŞ Senatının xarici əlaqələr komitəsindən keçən qanun layihəsinin icra edilməsi üçün Senat və Nümayəndələr Palatasının, o cümlədən Trampın qərarı lazımdır.