Adnan Oktar “kediciklər”-i ilə bağlı yeni faktlar üzə çıxdı..

27-07-2018, 09:45           
Adnan Oktar “kediciklər”-i ilə bağlı yeni faktlar üzə çıxdı..
Özünü din xadimi kimi təqdim edən və bir müddət əvvəl həbs edilən Adnan Oktarın təşkilatı ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Təşkilatın tələyə saldığı qızlardan əvvəlcə qan nümunələri götürülüb, daha sonra Adnan Oktara təqdim edilib. Qan nümunələrinə əsasən qızların hepatit və QİÇS olub-olmadıqları müəyyən edilib.

“Mengele” kod adlı fərari həkim Məhəmməd Cihat Gündoğdunun evində bu məqsədlə istifadə edilmiş tibbi avadanlıqlar tapılıb. Onun evinə və işlədiyi xəstəxanadakı otağındakı cıhazlara əl qoyulub.

Türkiyə mediasında yayımlanan xəbərlərə görə, C.Gündoğdunun təşkilat içərisində xüsusi proqramlaşdırılmış yalan cihazı istifadə edib. Bu cihazın xüsusi kompüter, barmaq ucuna taxılan nəbz ölçən və səs analizi edə bilən mikrofondan ibarət olduğu bildirilir. Bununla bəzi təşkilat üzvləri üzərində təcrübələr aparılıb. “Bacılar” qrupunda bir neçə nəfərə bu cihazı işlətmək öyrədilib. (publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru