İranda xaos: azərbaycanlılar fabriki ələ keçirdilər - VİDEO

9-08-2018, 19:12           
İranda xaos: azərbaycanlılar fabriki ələ keçirdilər - VİDEO
Güney Azərbaycanın Sulduz şəhərində əkinçilər məhsullarının pulunu ala bilmədikləri üçün “Sulduz Şəkər Fabriki”nə hücum ediblər.

Axar.az xəbər verir ki, şirkət bir il əvvəl aldığı məhsuldan əldə olunan şəkəri satsa da, çuğundur sahiblərinin haqqını ödəməyib. Əkinçilər bu müddətdə dəfələrlə etiraz yığıncağı keçirib, pullarını ala bilmədiklərini görəndə isə fabriki müvəqqəti ələ keçirmək qərarına gəliblər.

Fabrikə daxil olduqdan sonra məsul şəxsləri qovan etirazçılar qapını bağlayıblar və tələbləri təmin edilməyənədək məsulları içəri buraxmayacaqlarını bildiriblər.

Qərbi Azərbaycan Kənd Təsərrüfatı Sendikası Qurumunun İdarə Heyətinin rəisi Salman Qüdrəti Mövzu ilə bağlı “İlna” xəbər agentliyinə danışarkən heç kimin əkinçilərin mənafeyini düşünmədiyini deyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru