Türkiyə prezidenti azərbaycanlı atleti təbrik edib

10-08-2018, 06:14           
Türkiyə prezidenti azərbaycanlı atleti təbrik edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın paytaxtı Berlində atletika üzrə Avropa çempionatında qızıl medal qazanan sprinter Ramil Quliyevi təbrik edib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, prezident mənbələrindən verilən məlumata görə, Ərdoğan Türkiyə millisinin Azərbaycan əsilli idmançısına telefonla zəng edib.

Ərdoğan telefonda qızıl medal ilə bütün Türkiyəni qürurlandıran Ramil Quliyevi təbrik edərək ona gələcək karyerasında uğurlar arzulayıb.

Prezident həmçinin R.Quliyevə ayrıca təbrik teleqramı da göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru