Güneydə etiraz: İranda türklərlə bağlı şok karikatura

22-08-2018, 12:56           
Güneydə etiraz: İranda türklərlə bağlı şok karikatura
İranın “Tasnim” xəbər agentliyinin qaşqay türkləri ilə bağlı yayımladığı qərəzli karikaturaya azərbaycanlılar sərt reaksiya göstəriblər.

Kult.az xəbər verir ki, İranda iqtisadi mafiyanın qaşqay türkləri ilə əlaqələndirilməsi həmyerlilərimizi hiddətləndirib. Onlar karikaturada qaşqay papağından deyil, molla əmmaməsi və ya SEPAH-ın uniformasından istifadə etməyin daha doğru olduğunu bildiriblər.

Qeyd edək ki, “Tasnim” yaydığı bir karikaturada ölkədə baş verən korrupsiya və oğurluğu qaşqay türkləri ilə əlaqələndirib.

Azərbaycanlı sosial şəbəkə istifadəçiləri SEPAH-ın türklərə qarşı təhqiramiz mövqeyini kəskin şəkildə pisləyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru