ABŞ-dan rəsmi Ankaranı qəzəbləndirəcək şok hərəkət –Türkiyə sərhədində hərbi radar sistemi quruldu, türk qırıcıları nəzarətə götürüləcək

27-08-2018, 07:54           
ABŞ-dan rəsmi Ankaranı qəzəbləndirəcək şok hərəkət –Türkiyə sərhədində hərbi radar sistemi quruldu, türk qırıcıları nəzarətə götürüləcək
Rəsmi Vaşinqton Türkiyəni qəzəbləndirəcək daha bir səs-küylü akta imza atıb.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, bu vaxta qədər YPG/PYD qüvvələrinə minlərlə TIR dolu silah göndərən ABŞ indi də Türkiyənin düz sərhədində – Suruçla üzbəüz Kobaniyə radar sistemi qurur.

Məlumata görə, yüksək texnoloji göstəricilərə sahib olan radar sistemi Türkiyədən qalxan bütün təyyarələrin uçuş trayektoriyasına nəzarət edə biləcək: “Artıq ABŞ həmin radar sistemini YPG/PYD hərbçilərinin nəzarət etdiyi Kobaniyə gətirib. Amerikalı mütəxəssislər həmin sistemi düz Türkiyə ilə həmsərhəd nöqtəyə yerləşdirərək, hazır vəziyyətə gətirmək üzrədirlər. Ərazidəki ABŞ hərbçiləri açıq deyirlər ki, bu sistem Türkiyədən havalanan bütün təyyarələrin, o cümlədən qırıcıların da hərəkətinə nəzarət edəcək”.

Maraqlı burasıdır ki, radar sisteminin gətirilməsinə paralel olaraq, ABŞ yetkililərinin də bölgəyə səfərləri artıb.

Belə ki, ABŞ-ın Bəhreyndəki keçmiş səfiri, ABŞ Dövlət Departamentinin əməkdaşı Vilyam Robuckun rəhbərlik etdiyi heyət bu günlərdə Menbiç və Kobanidə olub. O, bu gün YPG-nin məskunlaşdığı daha bir bölgəyə – Şedada gedib. Orada açıqlama verən Vilyam Robuck deyib ki, Amerika Suriyanı yaxın zamanlarda tərk etməyəcək: “Biz burada – Suriyada qalacağıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.