“Qara qutu” səs yazmaqdan ötrüdür

16-09-2019, 15:10           
“Qara qutu” səs yazmaqdan ötrüdür
Şəhid pilotumuzla bağlı qaranlıqları “qara qutu” da ağarda bilmədi. Müdafiə naziri isə “qara qutu”nun pilotun səsini yazmadığını bildirib. Bəs belədirsə, sözügedən qutu nədən ötrüdür? Savaş uçağında çox hallarda tək uçan pilotun deyil, bəs kimin səsi yazılır?

“Qara qutu”nun yaranma ideyası fransız alimləri François Hüssenot və Paul Beauduinin 1939 -cu ilə aid ideyası olsa da, ilk qutular 1960-cı ildə Avstraliya uçaqlarında tətbiq olunub. “Qara qutu” gerçəkdə qara yox, narıncı və qırmızı boyalı olur. Bu da onların qəzadan sonra axtarıb tapılmasının asanlaşdırılması amacı güdür. Qutunun “qara” adlandırılması isə “qara soraq”la bağlıdır. Ötən yüzilin 53 -cü ilində Böyük Britaniya uçağının qəzaya uğraması ilə çoxsaylı insan ölümü qəzaların başvermə səbəbini öyrənmək üçün içində səs yazan maqnit lenti olan oda-yanğına davamlı, uçağın quyruq hissəsində yerləşdirilən silindr formasında qutuların hazırlanmasını zəruri edib. Həmin qəzanın başvermə səbəbinin araşdırılmasında iştirak edən Avstraliya ekspertləri sözügedən qutuları tətbiq ediblər. Bu qutular o qədər davamlı olur ki , qəzadan 7 il sonra da tapılıb dinlənilməsi halı qeydə alınıb “Qara qutu”nun başlıca funksiyası elə səsləri yazmaqdır. Uzağa niyə gedək, 4 il qabaq Misirdə qəzaya uğrayan Rusiya uçağının dinlənilməsi çağı qıraq səsin eşidilməsi haqqında informasiya 2015-ci ilin press-relizlərində əks olunub.

Bir sözlə, “qara qutu”nun şəhid pilotumuzun səsini yazmaması sirr olaraq qalır. ..

Məğrur Bədəlsoy












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.