Oqtay Gülalıyevdən sarsıdıcı xəbər - FOTO

14-11-2019, 16:37           
Oqtay Gülalıyevdən sarsıdıcı xəbər - FOTO
“Hüquq müsafiəçisi Oktay Gülalıyevi göndərildiyi Avrasiya klinikasında neorocərrahiyyə şöbəsi yoxuymuş”.

KONKRET.AZ xəbər verir ki, bu iddianı müxalifətçi yazar Zümrüd Yağmur feysbuk hesabındakı paylaşımında irəli sürüb.

Zümrüd Yağmur yazıb: “Oktay bəyin yoldaşı Firuzə xanımla danışdım. Açığı bir neçə gündü Türkiyədən mənə yazırdılar ki, Avrasiya klinikasında neorocərrahiyyə şöbəsi ümumiyyətlə yoxdur. Hətta belə bir söz də eşitdim ki, Oktay bəy İstanbula aparılarkən guya yoldaşına 7 xəstəxana təklif olunub və ailə özü bu klinikanı seçib. Firuzə xanımla danışıb hamısını dəqiqiləşdirdim. Bəlli oldu ki, doğrudan da, Avrasiya xəstəxanasında belə bir şöbə yoxdur və oraya aparıldıqdan sonra bir dəfə də olsun ona neorocərrah baxmayıb. Telefonla kənar həkimlərdən məsləhət alınır”!

Zümrüd Yağmur yazır ki, Türkiyədə kifayət qədər bu sahədə ixtisaslaşmış xəstəxanalar var: “Başqa bir problemi də indi öyrəndim. Oktay bəyin ağ çiyərinə infeksiya düşüb və hətta bunun üçün həkimi kənardan dəvət ediblər. Analizlərin nəticəsində bəlli olub ki, doğrudan da ağ çiyərdə infeksiya var.

Bu fotosunu da iki gün öncə İstanbulda Oktay bəyi ziyarət edən bir soydaşımız mənə göndərmişdi”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.