Qadınların kabusuna çevrilən bu xəstəliyə artıq kişilər də tutulur - Onkoloqdan xəbərdarlıq

15-11-2019, 00:00           
Qadınların kabusuna çevrilən bu xəstəliyə artıq kişilər də tutulur - Onkoloqdan xəbərdarlıq
Adətən qadın xəstəliyi kimi bilinən süd vəzisinin xərçəngi Türkiyədə kişilər arassında da yayılmağa başlayıb. Təkcə bu il ərzində Türkiyədə 500-dən çox kişidə bu xəstəlik aşkarlanıb. Həkimlər artıq həyəcan təbili çalmağa başlayıblar. Bəs Azərbaycanda vəziyyət necədir? Görəsən, bizdə də kişilər arasında bu xəstəliyə tutulanlar varmı?
Bu barədə onkoloq Samir Hacıbabayev “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, ölkəmizdə də bu xəstəliklə bağlı kişi arasında artım müşahidə edilir. “Azərbaycanda kişilər arasında süd vəzisinin xərçəngində nisbətəna artış var. Son zamanlar kişilərdə anabolik dərmanlar və preparatlar qəbul edirlər, xüsusən də idmançılar. Bəzi pasiyentlər sonsuzluq üçün hormonal dərmanlar qəbul etdiyi üçün onlarda süd vəzisində rüşeym halında toxuma olur. Daha sonra həmin toxuma inkişaf edir və orada xoşumagəlməz hallar baş verir”.

Həkim həmçinin kişilərə bədənlərində bu hallara rast gəldikdə mütləq həkimə müraciət etmələrini məsləhət görür: “Hər iki sinədə böyümə ola bilər. Əvvəlcə hər iki tərəfdə böyümə olur. Daha sonra isə tərəflərdən birində sərtləşmə başlayır. Lakin bu proses əksər vaxt bir tərəfli olur. Nadir hallarda ikinci tərəfə də yayıla bilər. Qoltuqaltında kiçik limfa düyünləri böyüyə bilər, qol şişə bilər. Son və ya sağ qolda ağrı ola bilər. Ağrı çiyin bölgəsinə də yayıla bilər”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.