Jurnalistin şantajla bağlı şikayəti əsassız olduğu üçün rədd edilib

20-11-2019, 11:22           
Jurnalistin şantajla bağlı şikayəti əsassız olduğu üçün rədd edilib
Bir neçə ay bundan əvvəl “Sputnik” informasıya agentliyində muxbir işləyən, Jurnalist İradə Cəlil Baş prokurorluq və Daxli İşlər nazirliyinə muraciət edərək, sosial şəbəkələrdə ona qarşı təhdid və şantaj olunduğunu bildirmişdir.

O, muraciətində bunları bildirib: “Bir ilə yaxındır ki, şəxsi həyatım və işimlə bağlı təhdid və şantaj dolu mesajlar alırdım. Həmin şəxslərin kim olduqlarını ehtimal edirəm. Bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Nəticə olduqdan sonra bu haqda geniş məlumat verəcəm”.

Sozcu.az daxil olan məlumata görə jurnalist huquq-muhafizə orqanlarına şantaj olunması ilə bağlı keçmiş iş yoldaşı Tural Məmmədov (Tural Agatlı kimi tanınan ) və “Azerbaycanrealligi.com” saytının baş redaktoru Dəyanət Babayevin adlarını verib.
Bakı Şəhər Baş Polis İdarəsində və Nərimanov prokurorluğunda iddia ilə bağlı araşdırma başlanlıb və İradə Cəlilin şikayətində adları çəkilən hər iki şəxs, Dəyanət Babayev və Tural Məmmədov Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov prokurorluğuna çagrılaraq, izahatları alnıb.

Əldə etdiyimiz məlumata görə, baş vermiş xoşagəlməz halla baglı keçən həftə iki qurumun birgə qərarı olub. Qərara əsasən, xanım jurnalistin adının çəkildiyi jurnalist həmkarlarının onu şantaj etməsi barədə verdiyi şikayət həqiqətə uygun olmayıb.

Yetərli falktların olmadığı üçün xanım jurnalistin şikayəti rədd edilib

Yazda adı çəkilən şəxslərin də mövqeyin dinləməkə hazırıq












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.