Çinlilər Land Cruiser-in oxşarını hazırladı – Ucuz qiymətə

9-12-2019, 09:36           
Çinlilər Land Cruiser-in oxşarını hazırladı – Ucuz qiymətə
Çin brendi Hengtian, Toyota Land Cruiser 200 yapon modelinin dizaynını xarici görünüşünə görə tamamilə təkrarlayan yeni ucuz qiymətli L4600 yolsuzluq avtomobilini istehsal etdiyini elan edib.

Teref.az Ted.az-a istinadən xəbər verir ki, hazırda avtomobil artıq yerli dilerlərə daxil olur. Büdcə yolsuzluğunu yapon orijinalından radiator barmaqlığı, həmçinin dəbli bamperləri və baş optika üzrə fərqləndirmək olar. Satışda 5-7-yerli salonla fərqlənən modifikasiyalar nəzərdə tutulub.

Avtomobil, həmçinin 286 at gücülü olan 4,6 litrlik benzin mühərrikinə malikdir. L4600 yolsuzluğu dəri salon, panoramik dam, dairəvi baxış kamerası və bir sıra digər variantları alıb. Avtomobil üçün başlanğıc qiyməti 211,8 min yuandan (51 min manatdan) başlayır.
шаблоны для dle 11.2










 

 




Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.