““Əbu-Bəkr” məscidinin imamı mənəm” - Hacı Qamət

10-12-2019, 19:46           
 ““Əbu-Bəkr” məscidinin imamı mənəm” - Hacı Qamət
“20 ildir ki, “Əbu-Bəkr” məscidinin imamı mənəm, hələ ki dəyişən heç nə yoxdur”.

Bunu Modern.az-a açıqlamasında 2008-ci ildən fəaliyyəti dayandırılmış “Əbu-Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanlı bildirib. O icmanın tərkibinin dəyişəcəyini də vurğulayıb.

“İcma hazırda 50 nəfərdən ibarətdir, gələcək zaman ərzində kolektiv yenilənəcək. Yeni qaydalara əsasən, icma üzvlərinin sayı çox olmalıdır. Ümumilikdə məsciddə iki problem var: biri minarənin qəzalı vəziyyəti, biri də icma üzvlərinin azlığı ilə bağlı. Ümid edirəm ki, hər iki məsələ bu yaxınlarda öz həllini tapacaq”.

2008-ci ilin 17 avqustunda “Əbu Bəkr” məscidinə terror hücumu olandan sonra bu dini ibadətgahın fəaliyyəti məhdudlaşdırılmışdı. O zaman məscidə atılan qumbaranın partlaması nəticəsində 2 nəfər ölmüş, 18 nəfər yaralanmışdı. Yaralananlar arasında məscidin imamı Qamət Süleymanov da var idi.

“Əbu Bəkr” Küveyt Xeyriyyə cəmiyyətinin dəstəyi ilə inşa edilib. Məscid daha çox sələfilərin namaz qıldığı məkan kimi tanınmışdı.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bu gün mətbuata bildirib ki, “Əbu Bəkr” məscidinin yenidən açılması istiqamətində iş gedir.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.