Yeni təhlükəli “çelenc” başlayıb - FOTO

7-06-2020, 09:06           
Yeni təhlükəli “çelenc” başlayıb - FOTO
ABŞ-da sosial şəbəkələrdə “George Floyd challenge” həştəqi ilə yeni təhlükəli flaşmoba start verilib.

Bu barədə “Snopes” xəbər yayıb.

Məlumata görə, ağdərili yeniyetmələr Corc Floydun ölüm səhnəsini təkrarladıqları formada şəkillər, videolar paylaşırlar.

Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti “georgefloydchallenge” həştəqinin ləğvi üçün petisiya yaratsalar da, hələ ki, bu, öz nəticəsini verməyib.

Xatırladaq ki, mayın 25-də C.Floyd saxta əskinaslarla ödəniş edilməsi şübhəsi ilə saxlanılarkən polisin kobud davranışı ilə üzləşib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda hüquq mühafizəçisinin afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxması və sonra dizi ilə boynunu sıxması aydın görünür. Kadrlarda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi də əks olunub. Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb.oxu.az





шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.