Alimlər COVID-19-un müalicəsinə kömək edə bilən ucuz dərman tapıblar

7-06-2020, 09:10           
Alimlər COVID-19-un müalicəsinə kömək edə bilən ucuz dərman tapıblar
Tədqiqatın obyekti olan on xəstənin hamısı famotidin qəbulunun başlamasından sonra sağlamlıq vəziyyətlərinin yaxşılaşdığını bildirib.

Ucuz dərman olan famotidinin qəbulu xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayan COVID-19-a yoluxmuş xəstələrin müalicəsinin nəticələrinin yaxşılaşdırılmasına təsir göstərə bilər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu nəticəyə araşdırmaları Gut jurnalında yayımlanan bir qrup tədiqatçı alim gəlib.

Tədqiqatın obyekti xəstəlik zamanı famotidin qəbul edən koronavirus infeksiyasına yoluxmuş on xəstə olub. Bu dərman qıcqırmaya qarşı istifadə olunur. Mütəxəssislər xəstəliyin beş əsas əlamətinin ağırlıq dərəcəsini qiymətləndiriblər: öskürək, nəfəs darlığı, yorğunluq, baş ağrısı, dad və iybilmə qabiliyyətinin itirilməsi.

Qeyd olunur ki, xəstələr əsasən dərmanın 80 milliqramlıq dozasını gündə üç dəfə olmaqla 11 gün ərzində (5-21 gün aralığında) qəbul ediblər.

"Famotidin yaxşı sovrulub, əks effektləri olmayıb", - tədqiqatçılar bildiriblər.

On xəstənin hamısı famotidin qəbulunun başlamasından sonra sağlamlıq vəziyyətlərinin yaxşılaşdığını bildirib. Simptomların ümumi qiymətləndirilməsi ilk 24 saat ərzində əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Eyni zamanda, tədqiqatçılar famotidin qəbulunun effektivliyini təsdiqləmək üçün mövcud məlumatların yetərli olmadığına da diqqət çəkiblər.

Daha əvvəl Faynşteyn adına Tibbi Araşdırmalar İnstitutunun prezidenti doktor Kevin Treysi koronavirus xəstələrini müalicə etmək üçün famotidinin klinik sınaqlarının başlanmasından danışmışdı. O əlavə edib ki, əgər preparat effekt versə, ondan istifadə etmək olar. Çünki o, "universal, ucuz və çoxdur".шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.