Hər evdə olan bu əşya xəbəriniz olmadan koronavirusu məhv edir — TƏFƏRRÜATLAR

1-07-2020, 00:37           
Hər evdə olan bu əşya xəbəriniz olmadan koronavirusu məhv edir — TƏFƏRRÜATLAR
Boston Universitetinin Yoluxucu Xəstəliklər üzrə Milli Laboratoriyasının tədqiqatçıları bildiriblər ki, koronavirusu uzaq ultrabənövşəyi şüanın köməyi ilə tamamilə məhv etmək olar.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Biospace portalı məlumat verib.

Mikrobioloq Entoni Qriffitsin rəhbərliyi altında bir qrup alim eksperiment keçirib. Bu eksperementdə virus hüceyrələri ilə çirklənmiş "SARS-CoV-2" materialına qarşı ultrabənövşəyi şüanın müxtəlif dozaları tətbiq olunub və patogenin məhv olunma prosesinin sürəti qiymətləndirilib.

Məlum olub ki, ultrabənövşəyi şüa 5 MJ/CM2 miqdarında tətbiq edildikdə, virusun yayılması altı saniyə ərzində 99 faiz azalır. 22 MJ/CM2 miqdarlı şüa isə virusu 25 saniyə ərzində tamamilə məhv edib.

Tədqiqatçıların qiymətləndirməsinə görə, 13 vatt gücündə enerjiyə qənaət edən lampa sahəsi 15 kvadratmetr olan otağı koronavirus hissəciklərindən təmizləməyə qadirdir.

Alimlər qeyd ediblər ki, ultrabənövşəyi şüa artıq 40 ildir ki, bakterisid vasitə kimi tətbiq edilir və bu müddət ərzində yüzlərlə sınaqdan keçirilmiş virusun heç biri bunun təsirindən yaşaya bilməyib. Şüalanma insan üçün də təhlükəli ola bilər.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.