Rusdilli haker bütün dünyanı qorxu altında saxlayaraq milyonlar qazanıb

10-07-2020, 00:06           
Rusdilli haker bütün dünyanı qorxu altında saxlayaraq milyonlar qazanıb
Bir neçə ildir ki, dünyanın ən nəhəng şirkətləri davamlı qorxu içindədirlər. Onların əsas qorxu səbəbi isə dövrümüzün ən təhlükəli kiber cinayətkarlarından biri hesab olunan - Fxmsp ləqəbli rusdilli hakerdir. Görünən odur ki, o, istənilən şirkətin şəbəkəsinə nüfuz edə bilər.

TED.az xəbər verir ki, o, qısa karyerası ərzində Fxmsp Darknetdə xidmətlər sataraq, ən azı 1,5 milyon dollar qazanıb.

Bu yaxınlarda Group-IB şirkətinin mütəxəssisləri "şəbəkənin görünməz tanrısı" adlandırılan hakerin kimliyini araşdırmağa müvəffəq oldular ki, bu da hüquq-mühafizə orqanlarının işini asanlaşdırıb.

Məlumata görə, Fxmsp ləqəbli istifadəçi ilk dəfə 2016-cı ilin sentyabrında haker formalarının birində üzə çıxıb. Çox güman ki, o, həmin dövrlərdə şəbəkələrə giriş satmaq üçün lazımi bilik və təcrübəyə sahib deyildi, baxmayaraq ki, potensial alıcılara təklif edə biləcək materiala sahib idi. O, bu mərhələdə, ələ keçirilmiş mənbələrdən istifadə edərək rəqəmsal pullara olan girişləri satmağa cəhd göstərirdi. Noyabr ayında bu satış üçün lazımi proqramı tapmaqda kömək istədi. Lakin rədd cavabı aldı. İyun ayında haker ilk forumda hesabını tərk edib, bir neçə yenisi hesabla qeydiyyatdan keçib. O, bu dəfə də ələ keçirdiyi rəqəmsal pullara girişləri satmağı planlaşdırıb. Onun ilk satış elanı 1 oktyabr 2017-ci ildə şəbəkədə görünüb. Bir neçə gün sonra onun qurban hədəfi dəqiqləşib - Nigeriya bankı. Artıq 2018-ci ilin sentyabr ayında Fxmsp forumda ümumi dəyəri 1,1 milyon dollar olan 62 lot yerləşdirib.

Mütəxəssislərin fikrincə, Fxmsp öz sahəsində ən təhlükəli cinayətkarlardan biridir. Çünki korporativ şəbəkələrə girişi satmaq az sayda kraker tərəfindən təmin edilən olduqca nadir bir xidmət sayılır.

Hakerin gizli şəxsi əməliyyatlardan nə qədər qazandığı dəqiq məlum deyil, lakin, o, ictimai lotların satılmasından ən azı 1,5 milyon dollar gəlir əldə edib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.