Alimlər koronavirusu zərərsizləşdirən antitelləri aşkarladılar

10-07-2020, 10:14           
Alimlər koronavirusu zərərsizləşdirən antitelləri aşkarladılar
Köln Universiteti Klinikasının, Alman İnfeksiya Tədqiqatları Mərkəzinin alimləri İsraildən olan mütəxəssislərlə birlikdə koronavirus infeksiyasını neytrallaşdıran 28 antitel (orqanizmə yad cisimlər, zülallar-red) aşkarlayıblar.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, alimlər SARS-CoV-2-yə yoluxmuş 12 pasiyentdən götürülmüş qanın 4 mindən çox spesifik hüceyrəsini araşdırıblar.

"Nəticədə laboratoriyada 255 antitel təkrar istehsal edilib və SARS-CoV-2 əleyhinə təsirsiz hala gətirildiyi üçün sınaqdan keçirildi. Ümumilikdə alimlər SARS-CoV-2-ni təsirli şəkildə neytrallaşdıra bilən 28 antitel tapdılar", - deyə Alman İnfeksiya Tədqiqatları Mərkəzinin məlumatında bildirilir.

Alimlər koronavirusu zərərsizləşdirən antitelin immun sistemi tərəfindən olduqca tez formalaşdırılmasına diqqət ediblər.

"Bu, virusu effektiv şəkildə tapmaq və zərərsizləşdirmək üçün adaptasiyaya çox az vaxt tələb etdiyini göstərir", - deyə mərkəzin həkimlərindən biri bildirib.

Beləliklə, tədqiqatçıların qeyd etdiyi kimi, bu "aktiv peyvəndin ümumi əhali arasında virusdan tez qorunmanı təmin edə biləcəyinə" ümid verir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.