Bir qızın əli ilə kimlər şantaj olunmayıb: Ölkə prezidentləri, baş nazirlər, şahzadə...

2-08-2020, 08:38           
Bir qızın əli ilə kimlər şantaj olunmayıb: Ölkə prezidentləri, baş nazirlər, şahzadə...
Moderator.az "The Guardian"-a istinadən xəbər verir ki, bu günlərdə Nyu-Yorkda çox hay-küylü məhkəmə prosesi gedir.

Seks alverində günahlandırılan amerikalı maliyyəçi Ceffri Epsteyn, məhkəmə sənədlərindəki yeni məlumatlara görə azyaşlı qızların əli ilə dünyanın ən məşhur adamlarını şantaj etməklə məşğul olurmuş. Hal-hazırda onun bir azyaşlı qızı Britaniya kral ailəsinin üzvü ilə yaxın münasibət qurmağa məcbur edərək, Britaniya şahzadəsi Endryu haqqında ifşaedici materiallar toplamağa çalışmasının məhkəmə prosesi davam edir.

Nyu York məhkəməsinin açıqladığı sənədlərə görə, Epşteynin bu məkrli planı Vircin adalarındakı şəxsi adasında törətdiyi iddia edilir.

Məhkəmə sənədində deyilir ki, maliyyəçi Epşteyn Viktoriya Jufre olduğu məlum olan azyaşlı qıza tapşırır ki, "şahzadə nə tələb etsə, ona ver və ona başını necə aldatdığının təfərrüatları barədə məlumat versin”.

Sənəddə o da qeyd olunur ki, Epsteyn "şəxsi, siyasi və ya maddi mənfəət əldə etmək üçün, potensial şantaj yolu ilə onları təsir altında saxlamaq" məqsədilə azyaşlı qızı nüfuzlu adamlara cinsi köləliyə satırmış.

"The Guardian" nəşri xüsusi olaraq adı çəkilən şəxslər arasında "Amerikanın nüfuzlu siyasətçiləri, iş adamları, ölkələrin prezidentləri və bir baş nazir" olduğunu vurğulayır. Məhkəmənin sonunda şok isimlərin adları açıqlanacaq.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.